15 Noyabr 2018 18:24
314
DÜNYA
A- A+

Tramp: “Qanunsuz səsvermə respublikaçıların uğursuzluğuna səbəb oldu”


ABŞ Konqresinə aralıq seçkilərində respublikaçılar hüququ olmayanların səs verməsi səbəbindən qələbə qazana bilməmişlər. Bu barədə Prezident Donald Tramp "The Daily Caller” internet portalına müsahibəsində bildirmişdir.

Trampın dediyinə görə, qanunu pozanlar eyni seçki məntəqələrində səs vermişlər. O qeyd etmişdir ki, heç bir səs vermək hüququ olmayan adamlar "dairə üzrə gəzərək bəzən maşına minir, papağını və köynəyini dəyişir, sonra seçki məntəqəsinə daxil olub yenidən səs verirlər”. Baş vermiş hadisələrin biabırçılıq olduğunu qeyd edən Tramp seçici vəsiqəsinin tətbiqi barədə qanun layihəsinin qəbul olunmasına çağırmışdır.

Xatırladaq ki, noyabrın 6-da ABŞ-da keçirilmiş aralıq seçkilərində 100 senatordan 35-i, Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, ştatların və ərazilərin 39 qubernatoru, habelə ştatların qanunvericilik məclislərinin 6073 üzvü, hakimlər və məktəb dairələri şuralarının üzvləri seçilmişdir. Səsvermənin yekunlarına görə, Respublikaçılar Partiyası Senatda çoxluğunu qoruyub saxlamış, Demokratlar Partiyası isə son səkkiz ildə ilk dəfə olaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirmişdir.

Tramp seçkilərin nəticələrinin "çox uğurlu” olduğunu bəyan etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video