15 Noyabr 2018 18:23
349
DÜNYA
A- A+

Mosulda İŞİD-in 14 üzvü yaxalandı


İraqın Mosul şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İŞİD terrorçu qruplaşmasının 14 üzvü saxlanmışdır. Bu barədə TRT telekanalı xəbər verir.

İraq Müdafiə Nazirliyinin məlumatına görə, Mosulun qərbində yerləşən Badoş şəhərinin yaxınlığındakı bir kənddə İŞİD terrorçularının olması barədə xəbər alındıqdan sonra regionda əməliyyat başlamışdır. Genişmiqyaslı əməliyyatın gedişində 14 terrorçu tutulmuşdur. Mosulun azad edilməsi əməliyyatı zamanı hərbçilərə hücum etmiş həmin terrorçuların həbsinə order verilmişdi.

Xatırladaq ki, ötən ilin dekabrında İraq Silahlı Qüvvələri üç il ərzində İŞİD-in nəzarətində olmuş şəhərləri və regionun əksər hissəsini terrorçulardan azad etmişdir.

Qruplaşmanın üzvləri Mosulda, Səlahəddində və Suriya ilə sərhədin yaxınlığında yerləşən Ənbar əyalətində vaxtaşırı hücumlar həyata keçirirlər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video