15 Noyabr 2018 18:22
373
DÜNYA
A- A+

ABŞ 2001-ci ildən bəri müharibələrə 6 trilyon dollara yaxın xərcləyib


ABŞ son 20 il ərzində döyüş əməliyyatlarının aparılmasına təxminən 5,9 trilyon dollar xərcləmişdir. Ümumilikdə müharibələr nəticəsində yarım milyon nəfərdən çox adam həlak olmuşdur. Braun Universitetinin professoru Neta Kraufordun apardığı təhqiqatın nəticələri buna dəlalət edir.

Universitetin saytının yaydığı hesabatda deyilir ki, həmin məbləğə Pentaqonun sərf etdiyi puldan əlavə, Dövlət Departamenti tərəfindən müharibə ilə əlaqəli xərclər, müharibələrə görə borc üzrə faizlər, müharibə veteranlarına qulluq üçün ayrılan vəsait, terror aktlarının qarşısının alınması və Daxili Təhlükəsizlik Nazirliyinin buna verdiyi reaksiya daxildir.

Kraufordun hesablamalarına görə, ümumilikdə döyüş əməliyyatları nəticəsində 480 min nəfərdən çox adam həlak olmuşdur. Onların 244 mini dinc sakinlərdir. On milyon nəfərə yaxın adam yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdır.

Professor hesab edir ki, döyüş əməliyyatlarının 2023-cü ildə başa çatacağı güman edilsə, xərclərin ümumi məbləği borc üzrə faizlər nəzərə alınmadan azı 6,7 trilyon dollar təşkil edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video