15 Noyabr 2018 18:08
412
DÜNYA
A- A+

Almaniya və Fransa iki ölkənin parlament məclisini yaradırlar


Yeni ildən etibarən Almaniya və Fransa deputatlarının parlament məclisi işə başlayacaq. Bu barədə Parisdə Fransa Milli Assambleyasının sədri Rişar Ferranla görüşdən sonra Almaniya Bundestaqının sədri Volfqanq Şoyble məlumat vermişdir.

Hər ölkədən 50 deputat ildə iki dəfə birgə iclas keçirəcək. Nümayəndə heyətlərində yerlər fraksiyaların Bundestaqda və Milli Assambleyada təmsilçiliyinə proporsional olaraq bölüşdürüləcək. Şoyblenin fikrincə, alman və fransız parlamentarlarının müntəzəm görüşləri onların bir çox mübahisəli məsələlərdə ortaq təmas nöqtələri tapmasına imkan verəcək.

Almaniya-Fransa parlamentarlar qrupuna başçılıq edən Bundestaqın deputatı Andreas Yunq "Frans Press” agentliyində müsahibəsində demişdir ki, yeni orqanda müzakirə ediləcək məsələlərdən biri "Fessenhaym” atom elektrik stansiyasinin gələcəyi olmalıdır. AFR hökuməti uzun müddətdir iki ölkənin sərhədində yerləşən Fransa AES-in bağlanmasını təkid edir. Fransa tərəfi isə iş yerlərinin itirilməsindən narahat olduğuna görə məsələnin həllini uzadır.

Gözlənildiyinə görə, parlament məclisinin yaradılması barədə razılaşma AFR-Fransa müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Yelisey müqaviləsinin bağlanmasının 56-cı ildönümündə - 2019-cu il yanvarın 22-də təntənəli şəkildə imzalanacaq. Həmin gün Berlinlə Paris arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə yeni saziş imzalanmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video