15 Noyabr 2018 18:08
378
DÜNYA
A- A+

Ermənistan İstintaq Komitəsi Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürüb


Dərin iqtisadi böhran içində olan Ermənistanda siyasi vəziyyət gərginləşir. İşğalçı ölkənin İstintaq Komitəsi sabiq prezident Robert Koçaryana qarşı yeni ittihamlar irəli sürüb. Vətəndaşları parlament seçkilərini baykot etməyə çağıran xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə Nikol Paşinyanı keçmiş hökumət nümayəndələri ilə əməkdaşlıqda günahlandırır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib. Bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib. O bildirib ki, Robert Koçaryan 2008-ci il martın 1-də İrəvanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunur. İndi isə onun maliyyə fırıldaqçılığında və çirkli pulların yuyulmasında iştirak etdiyinə dair faktlar üzə çıxıb. Belə ki, Ermənistan Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüz milyonlarla dollar gəlir əldə etdiyini, həmçinin Koçaryanın Yerevandakı "Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair məlumat əldə edib. Xristian-demokrat hərəkatının lideri, politoloq Levon Şirinyan isə keçmiş hökumət üzvləri ətrafında baş verən bütün bu hadisələrin şou xarakteri daşıdığını, cəmiyyətin diqqətini parlament seçkilərindən uzaqlaşdırmağa hesablandığını açıqlayıb. Seçiciləri seçkini boykot etməyə çağıran Şirinyan Koçaryan, Sarkisyan, Şmays və Manvel dövrünün qayıtdığını açıqlayıb. Çünki onun fikrincə, Paşinyan keçmiş düşmənlərinə bel bağlamağa başlayıb. Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” blokunun seçki siyahısında Respublika partiyasının üzvlərinin olması Ermənistanda birmənalı qarşılanmayıb. Siyasi ekspertlər nəinki Nikol Paşinyanın siyahısında Şirak Torosyan və Feliks Çolakyan kimi keçmiş respublikaçıların olmasını, hətta onun köhnə seçki məcəlləsi ilə seçkilərə getməsini qəbul etmirlər. Xristian-demokrat hərəkatının liderinin fikrincə, Paşinyan köhnə seçki məcəlləsi ilə seçkilərə getməklə yenidən Robert Koçaryan və Serj Sarkisyan kimi quldurlar üçün meydan açıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video