15 Noyabr 2018 18:06
307
SİYASƏT
A- A+

Alev Kılıç: Təcavüzkar Ermənistanın rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətini dəyişməlidir


Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi humanizm prinsipləri Qafqaz üçün birlik və bərabərlik mirasıdır. Müasir Azərbaycan dövləti bu mirası əzmlə qoruyur. Ötən əsrin əvvəllərində Qafqazda baş verənlər bütün region ölkələrinin rəhbərləri, eləcə də siyasətçiləri tərəfindən düzgün dəyərləndirməlidir. Belə olarsa, uzunmüddətli sülh və kompleks inkişaf yollarını tapmaq da asanlaşar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəhbəri Alev Kılıç söyləyib. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ölkə regiondakı bütün müsbət proseslərdən kənarda qalıb. İşğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməlidir.

AVİM rəhbəri fikirlərini davam etdirərək deyib: "Qafqaz bölgəsində sülh və əmin-amanlıq təkcə bu bölgə və Anadolu üçün yox, bütövlükdə Avrasiyanın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qonşu dövlətlərlə hörmət və ehtirama əsaslanan münasibətlər qurmaq bütün tərəflər üçün vacib şərtdir. İki ölkə arasında münasibətlərin pozulması bu və ya digər formada başqa dövlətlərin münasibətlərinə də mənfi təsir göstərir. Odur ki, heç bir hakimiyyət öz xalqı üçün faciə və fəsadlara yol açan risklərə getməməlidir. Bir sözlə, tarixdə baş verənlər ibrət dərsidir. Əgər Ermənistan tərəfi bu məqamları düzgün dərk edə bilsə, o zaman Qafqazda proseslər tamamilə başqa səmtdə inkişaf edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video