15 Noyabr 2018 17:43
351
DÜNYA
A- A+

Camal Kaşıkçını öldürmək əmrini kim verib?


Səudiyyə Ərəbistanında Camal Kaşıkçının ölkəyə qaytarılması üçün yaradılmış qrupun rəhbəri əməliyyatın iflasa uğrayacağı təqdirdə onu öldürməyi əmr edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru mətbuat konfransında məlumat verib. O, təhlükəsizlik xidmətinin əməkdaşlarından təşkil olunan qrupun Səudiyyə Ərəbistanının kəşfiyyat xidməti rəhbərinin sabiq müavini Əhməd əl-Əsirinin göstərişi ilə formalaşdırıldığını bildirib.

Baş prokurorluq tərəfindən yayılan bəyanata əsasən, jurnalistin qətli ilə bağlı 21 nəfər saxlanılıb. Hələlik onların yalnız 11-nə ittiham irəli sürülüb. Prokurorluq cinayətdə bilavasitə iştirak edən 5 nəfərin - əmr verən şəxsin və icraçıların edam cəzasına məhkum olunmasını tələb edir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldürüldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını etiraf etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video