15 Noyabr 2018 17:41
1088
CƏMİYYƏT
A- A+

Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır


Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Siqaretdən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub.

AZƏRTAC xəbər verir ki, siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir ki, onların 10 faizi passiv siqaret çəkənlərdir.

Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Elə bunun nəticəsidir ki, hazırda dünyada iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər gün 85 min nəfər siqaret çəkməyə başlayır, onlardan 22 mini bu zərərli vərdişdən yaxa qurtara bilmir.

Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin araşdırmalarının nəticələrinə əsasən, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.

2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub. Bununla yanaşı, vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənləri cəzalandırmaq kimi bir sıra digər addımların atılması planlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video