15 Noyabr 2018 17:40
1277
Elm və texnika
A- A+

Azərbaycan Memarlıq və İnşaat Universitetində Aprel şəhidlərinin xatirəsi anılıb


Noyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatları, tanınmış ziyalılar və şəhid ailələrinin iştirakı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın – Aprel şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulayıb. Rektor deyib: ”Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir. Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar”.

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə tədbirin təşkilində göstərilən dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizin bir çox təhsil müəssisələrində bu cür tədbirlər keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində belə aksiyaların önəmini xüsusi qeyd edib.
Sonra 2016-cı ilin Aprel hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa və tanıtmağa səsləyib, onları yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıblar.
AzMİU-nun tələbələri tədbirdə vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video