15 Noyabr 2018 16:17
577
Təhsil
A- A+

Sumqayıtlı gənc müəllim: Özümü bu kənddə yad hiss etmirəm


2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 46 müəllim Şabran rayonunun məktəblərinə təyinat alıb. On müəllim yerdəyişmə əsasında rayonun təhsil ocaqlarında çalışacaq. On dörd nəfər isə müddətli müqavilə ilə işə götürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqədən uğurla keçərək bu tədris ilindən Şabran rayonunda pedaqoji fəaliyyətə başlayan Könül Əhmədova kimya fənnindən dərs deyir.

Sumqayıt şəhərində yaşayan gənc müəllim evindən 130 kilometr məsafədə yerləşən Şabranın Çayqaraqaşlı kəndində şagirdlərə elmin sirlərini öyrədir.

Bakı Dövlət Universitetinin məzunu olan K.Əhmədova məktəbdə fəaliyyətinin ilk günləri yaşadığı həyəcanın arxada qaldığını, kollektivə və məktəbə öyrəşdiyini söyləyir. "Şabran rayonunun mərkəzindən təxminən 30 kilometr məsafədə dərs deyəcəyimi biləndə valideynlərim əvvəlcə narahat oldular. Amma qəti qərar verdiyimi gördükdən sonra məni dəstəklədilər. Məsafənin uzaq olmasından başqa heç bir problem yoxdur. Özümü bu kənddə yad hiss etmirəm. Bu, mənim pedaqoji fəaliyyətə başladığım ilk məktəbdir. İstəyirəm ki, məni yaxşı müəllim kimi tanısınlar”, - deyə gənc müəllim bildirib.

Könül Əhmədovanın çalışdığı Çayqaraqaşlı ümumi orta məktəbində 40-a yaxın şagird təhsil alır. Kimya fənni məktəbin VII-IX siniflərində tədris olunur.

Gənc müəllimin əsas məqsədi kənddə yaşayan uşaqları, xüsusilə də qızları təhsilə yönləndirmək, cəmiyyətə faydalı vətəndaş kimi qazandırmaqdır.

O deyib: "Ucqar kənd məktəblərində şagirdlərin təhsilə marağının az olması ilə bağlı fikirlər yanlışdır. Bizim məktəbdə çox istedadlı, bacarıqlı və oxumağa həvəsli şagirdlər var. Sadəcə həmin uşaqları düzgün yönləndirmək, bilikləri qavramağa yardım etmək lazımdır. Mən çox istəyirəm ki, şagirdlərim yüksək nailiyyətlər əldə etsinlər. Ali məktəblər qəbul olub, təhsillərini davam etdirsinlər. Şagirdlərimin uğuru mənim uğurumdur. Bunun üçün səylə çalışıram”.

Bu il Şabran rayonunun məktəblərində fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda rayonun təhsil ocaqlarında mindən artıq pedaqoq şagirdlərə elmin sirlərini öyrədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video