15 Noyabr 2018 14:32
929
Elm və texnika
A- A+

Elm zirvələrinə aparan 80 illik yol


AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub


Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya işinə başlayıb.

Əvvəlcə tədbir iştirakçılar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, AMEA-nın əsas binasında təşkil olunan tədbirdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə institutun 80 ildə şərəfli yol keçdiyini, ölkəmizdə geologiya elminin inkişafında mühüm rola malik olduğunu söyləyib. Bildirib ki, bu elmi müəssisə uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

Akademik A.Əlizadə institutun alimlərinin elmi nailiyyətlərinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyib. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Geologiya və Geofizika İnstitutunun bir qrup əməkdaşının fəxri adlara layiq görüldüyünü, orden və medallarla təltif edildiyini xatırladan AMEA-nın rəhbəri bu sənədin elmimizə diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb.

AMEA-nın prezidenti institut əməkdaşlarının gələcəkdə də elmi tədqiqatlarda yeni geofiziki üsullar və müasir texnologiyalar tətbiq edərək yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı, kosmik texnologiyalar bazasında geoloji təhlükəli proseslərin öyrənilməsi ilə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə institutun kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Sonra Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov "Elm zirvələrinə aparan 80 illik yol” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər çıxış edənlər institutun yaranma tarixindən, fəaliyyət istiqamətindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun geologiya elminə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivini yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Elmi sessiya işini noyabrın 16-da Geologiya və Geofizika İnstitutunda elmi məruzələrin dinlənilməsi ilə davam etdirəcək.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video