15 Noyabr 2018 13:31
598
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir


"British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah Bakı Ali Neft Məktəbində olub. Görüşdə bu təşkilatın ingilis dili və təhsil proqramları üzrə meneceri Nərgiz Hüseynova, imtahan xidmətləri üzrə meneceri Nərgiz Əkbərova və BANM-in əməkdaşları da iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında "British Council” təşkilatının böyük rolu olduğunu deyib. BANM-də tədrisin ingilis dilində aparıldığını vurğulayan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətə başladığı ilk illərdən "British Council” ilə IELTS imtahanlarının təşkili istiqamətində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Təşkilatın Azərbaycan üzrə rəhbəri Samr Şah BANM və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib. Qeyd edib ki, BANM-in tələbləri arasında "British Council”da təcrübə keçənlər də var və onlar digər təcrübəçilərdən həm dil, həm də əlavə bacarıqlarına görə fərqlənirlər. Daha sonra qonaq BANM-i 2019-cu ildə Almaniyada keçiriləcək "Going Global” adlı beynəlxalq təhsil konfransına dəvət edib.

Görüşdə həmçinin BANM ilə "British Council” təşkilatının əməkdaşlığının inkişaf etdirilməsi, gələcəkdə kompüter əsaslı imtahanların BANM-in ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarında keçirilməsi, həmçinin Britaniya Şurası tərəfindən təşkil edilən seminar, festival və konfranslara BANM-in əməkdaşları və tələbələrinin cəlb olunması məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video