15 Noyabr 2018 13:24
422
CƏMİYYƏT
A- A+

Quba Soyqırımı Memorial Kompleksi, Cümə məscidi, Şeyx Cüneyd türbəsi hər bir şagirdin tanımalı olduğu yerlərdir


Ekskursiya çərçivəsində gəzdiyimiz rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırıq. Quba Soyqırımı Memorial Kompleksi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi hər bir şagirdin tanımalı olduğu yerlərdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Minayə Əliyeva söyləyib.
Ağdam rayonu Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbin şagirdi dağlıq ərazilərin çox xoşuna gəldiyini bildirib.
"Tur-aksiya bizə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaradır. Həmçinin ekskursiya zamanı yeni dostlar qazanmışam. Maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Gəzdiyimiz yerlər haqqında təəssüratlarımızı bölüşməklə yanaşı, təhsil aldığımız məktəblər və dərslərimizlə bağlı da söhbətlər edirik”, - deyə məktəbli bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video