15 Noyabr 2018 13:19
381
DÜNYA
A- A+

Yerin bənzəri olan donmuş planet kəşf olunub


Günəş sisteminə yaxın fəzada "Super-Yer” adlandırılan donmuş və Yerin bənzəri olan planet kəşf olunub.
AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, yeni planetin yerinin müəyyən olunması iyirmi il davam edən elmi araşdırmalar nəticəsində mümkün olub. "Bernard” ulduzunun yaxınlığında və Günəş sistemindən 6 işıq ili uzaqlıqda yerləşən "Super-Yer” bizim planetdən 3,2 dəfə böyükdür. O, hər 233 gündən bir "Bernard” ulduzunun orbitində görünür.
Kataloniyadakı Kosmik Araşdırmalar İnstitutunun astronomu İqnasi Ribas bildirib ki, artıq 4 minə yaxın Günəş sisteminin yaxınlığında yerləşən "cırtdan planet” kəşf olunub. "Super-Yer” isə onların arasında ən böyük və Günəş sisteminə ən yaxın məsafədə yerləşən göy cismidir. Onun həcmi Yerdən böyük olsa da, nəhəng qaz planetləri ilə müqayisədə kiçikdir. "Çox diqqətli təhlillərdən sonra biz bu planetin dəqiq yerini təsbit edə bildik. Onun ətrafında parlaq ulduzları, planetləri aşkar etmək üçün tədqiqatlarımız davam edir”, -deyə astronom əlavə edib.
Astronomlar bildiriblər ki, yeni kəşf olunmuş planetdə temperatur mənfi 170 dərəcə selsi təşkil edir. Bunun səbəbi isə "Super-Yer”in bizim planetə nisbətən 98 faiz az Günəş enerjisi almasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video