14 Noyabr 2018 23:53
454
CƏMİYYƏT
A- A+

Qırğızıstan Prezidenti MDB Sərhəd Qoşunları Komandanları Şurasının 80-ci iclasının iştirakçılarını qəbul edib


Noyabrın 14-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Bişkekdə keçirilən 80-ci yubiley iclasının iştirakçılarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev görüşdə iştirak edib.

Prezident Sooronbay Jeenbekov bildirib ki, MDB-nin üzvü olan ölkələrin dövlət başçıları müasir risklərin təhlükəli olduğunu anlayır və Birlik ölkələrinin sərhədlərinin etibarlı qorunmasına çalışırlar. Dövlət başçısı MDB ölkələri arasında əlaqələrin genişləndirilməsinin, sərhəd xidmətlərinin daha da yaxından əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.

Beynəlxalq terrorizmə, ekstremizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin aparılmasının əhəmiyyətini vurğulayan Qırğızıstan Prezidenti bu baxımdan Şuranın fəaliyyətini xüsusi qeyd edib.

MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov iclasda müzakirə olunan məsələlər barədə Prezident Sooronbay Jeenbekova məlumat verib.

Görüşdə dövlət başçısına MDB Sərhəd Qoşunları Komandanları Şurasının xatirə medalı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video