14 Noyabr 2018 23:47
344
CƏMİYYƏT
A- A+

Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib


Noyabrın 14-də Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Danimarkanın "Novo Nordisk” şirkətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdir.

Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov təmsil etdiyi qurumun diabet xəstələrinə göstərdiyi yardım, xüsusilə bu xəstəlikdən əziyyət çəkən uşaqlarla əlaqədar həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səhiyyənin inkişafına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına daim böyük diqqət göstərir. Heydər Əliyev Fondu, eyni zamanda, ürək qüsurlu və gözdən əlil uşaqların, eləcə də talassemiya xəstələrinin müalicəsi üzrə layihələr həyata keçirir. Torpaqlarımızın müdafiəsi uğrunda yaralanan 40 əsgərə Fondun dəstəyi ilə ən son texnologiyalar əsasında protezlər qoyulub. Bununla yanaşı, uşaq evlərinin sakinləri, şəhid ailələri, məcburi köçkün ailələrindən olan uşaqlarla bağlı da bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən təsis edilən "Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgələrdə səhiyyə sahəsində müxtəlif tədbirlər reallaşdırılır.
Danimarkanın region üzrə səfiri Svend Ollinq 160 ölkədə keçirilən tədbirin əhəmiyyəti və ölkəmizdə şəkərli diabet xəstələrinə göstərilən dövlət qayğısı barədə danışıb. O deyib ki, hazırda dünyada hər 10 nəfərdən biri diabet xəstəsidir və onların yarısı bundan xəbərsizdir. Səfir qeyd edib ki, bu xəstəlik nəticəsində hər il dünyada 2 milyondan çox insan həyatını itirir. Ona görə də Dünya Səhiyyə Təşkilatı bununla bağlı təcili tədbirlərin görülməsini vacib hesab edir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev şəkərli diabetin ürək-damar və onkoloji xəstəliklərdən sonra ən geniş yayılmış üçüncü xəstəlik olduğunu bildirib. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır. 2045-ci ildə isə ona mübtəla olanların sayının 620-630 milyon nəfərə çatacağı gözlənilir. Nazir müavini ötənilki statistikaya görə ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib. Buna görə də 2006-cı ildən bəri diabet xəstələrinə göstərilən yardımı yaxşılaşdırmaq üçün üç dəfə Dövlət Proqramı qəbul olunub. Gələn ilin büdcəsində isə onların müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev gələn il səhiyyə üçün ən yüksək büdcənin nəzərdə tutulduğunu vurğulayıb. O, Danimarkanın "Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyinin xəstəliyin profilaktikası və dərman təminatı sahəsində gördüyü işləri, hökumət-parlament-özəl sektor arasındakı münasibətləri təqdir edib.

"Dünyanın yeddinci, Skandinaviya ölkələrinin isə ən böyük əczaçılıq şirkəti olan "Novo Nordisk” dünyada 27,7 milyon diabet xəstəsinin dərmana ehtiyacını ödəyir. Onun 200 min nəfəri Azərbaycandan olan xəstələrdir. Altı min nəfərə yaxın işçisi olan şirkətimiz tədqiqat və araşdırmalarla məşğul olur. Bir yeni dərman molekulunun istehsalı üçün 10 ilə yaxın vaxt tələb olunur. Şəkərli diabet xəstələrinin müalicəsində yalnız bir dərmanla kifayətlənmək olmur. Diabet qlobal bir sunami kimi daha çox adamı öz ağuşuna alır”, - deyə məşhur Danimarka şirkətinin korporativ vitse-prezidenti Emil Kongshoj Larsen söyləyib. Lakin o, bununla belə heç də hamının diaqnoz edilmədiyini və əhalinin böyük bir qisminin xəstəlikdən xəbərdar olmadığını bildirib.

"Xüsusi xəstəliklər üzrə xeyriyyə fondu”nun prezidenti Fatemeh Hashemi və İtaliya parlamentinin üzvü Roberto Pella öz ölkələrində şəkərli diabetə qarşı aparılan mübarizə tədbirləri barədə danışıblar.

Tədbir çərçivəsində İtaliyanın Baometer Diabet Müşahidə Fondu, Respublika Endikrinoloji Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 15 yaşına qədər diabetli uşaqlar arasında keçirilən "Diabet nəzarətdə, uğur irəlidə” müsabiqəsinin yekunları haqqında məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video