14 Noyabr 2018 17:41
306
CƏMİYYƏT
A- A+

İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib


Noyabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda "Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev dövlətçilik ənənəsinin güclənməsində azərbaycançılıq ideologiyasının vacib rol oynadığını diqqətə çatdırıb, mənəvi dəyərlərin gənclərə aşılanmasının vacibliyini qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun yaradılması və həyata keçirdiyi işlər haqqında danışıb. Mənəvi dəyərlərimizin azərbaycançılığın tərkib hissəsi olduğunu bildirən C.Əliyev ulu öndər Heydər Əliyevin bununla bağlı fikirlərini də iştirakçılarla bölüşüb. İcraçı direktor müavini gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycançılığın böyük dəyər olduğunu qeyd edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi dosent Anar Qafarov mənəviyyatın dəyərlər sisteminin mərkəzində dayandığını diqqətə çatdırıb.

Seminar-müşavirədə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədovun, İsmayıllı şəhər "Cümə” məscidi dini icmasının sədri Vasif Teymurovun məruzələri dinlənilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video