14 Noyabr 2018 17:37
653
İDMAN
A- A+

Futbol üzrə Azərbaycan Kuboku turnirinin püşkü atılıb


Noyabrın 14-də futbol üzrə Azərbaycan Kuboku uğrunda turnirin 2018-2019-cu il mövsümünün püşkü atılıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə yarışda iştirak edəcək 12 komandanın rəqibləri müəyyənləşib. Kubok uğrunda turnirdə Premyer Liqada çıxış edən 8 klubla yanaşı, I Divizionda mübarizə aparan 4 klub da iştirak edəcək.
Püşkatma mərasimində komandalar üç səbətə bölünüblər. Birinci səbətdə yer alan "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "Zirə” mübarizəyə dörddəbir finaldan başlayacaq. Püşk zamanı "Sumqayıt”, "Keşlə”, "Səbail” və "Sabah” ikinci, "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu” klubları üçüncü səbətdə yer alıblar.
Püşkün nəticələrinə əsasən, dekabrın 6-da keçiriləcək səkkizdəbir finalda "Ağsu” – "Sabah”, "Şüvəlan” – "Keşlə”, "Sumqayıt” – "Qaradağ Lökbatan” və "Səbail” – "Kəpəz” görüşləri oynanılacaq. Səkkizdəbir finalda komandalar bir oyun keçirəcəklər.
Turnirin dörddəbir finalında "Qəbələ” klubu "Ağsu” - "Sabah”, "Qarabağ” komandası isə "Şüvəlan” - "Keşlə” görüşlərinin qalibi ilə qarşılaşacaq. Dörddəbir finalın digər oyunlarında isə "Neftçi” komandası "Sumqayıt” - "Qaradağ Lökbatan”, "Zirə” isə "Kəpəz” - "Səbail” matçlarında üstün olan tərəflə üz-üzə gələcək. Bu görüşlər dekabrın 15-16-da, cavab qarşılaşmaları isə dekabrın 19-20-də oynanılacaq.
Turnirin yarımfinal matçları aprelin 23-də, cavab oyunları mayın 1-də keçiriləcək. Final qarşılaşması isə mayın 19-da baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video