14 Noyabr 2018 16:33
200
CƏMİYYƏT
A- A+

Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb


Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin kadr aparatları rəhbərlərinin növbəti iclası işə başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını iclas iştirakçılarına çatdırıb, tədbirin işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsinə, maddi-texniki təminatın möhkəmləndirilməsinə və şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, xidmət keçməni, kadrlarla iş məsələlərini tənzimləyən qanunvericilik aktlarının və zəruri vəzifə təlimatlarının qəbul edildiyini diqqətə çatdırıb. V.Eyvazov şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi ilə bağlı sistemli tədbirlərin gerçəkləşdirildiyini qeyd edib. Həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin aidiyyəti xidmət rəhbərlərinin əməkdaşlığının iyirmi ildən çox müddətdə uğurla davam etdiyini, peşəkar kadr korpusunun formalaşdırıldığını, bu potensialın möhkəmləndirilməsi sahəsində müsbət təcrübənin toplandığını və bundan səmərəli istifadə edildiyini vurğulayıb, habelə hazırkı iclasın müəyyənləşdirilmiş hədəflərə çatmaq yolunda daha bir addım olacağına əminliyini ifadə edib.

İki gün davam edəcək tədbirin gedişində nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq. İclasın yekununda müvafiq sənəd imzalanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video