14 Noyabr 2018 16:32
1232
PARLAMENT
A- A+

Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir


Noyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq, bildirib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilir. Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə hər bir sahədə olduğu kimi, idmanda da böyük inkişaf var.

Bu gün biz Avropa, Dünya çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr əldə edirik. Bölgələrimizdə regional Olimpiya mərkəzləri fəaliyyət göstərir. 2008-ci ildə paralimpiyaçılar üçün Xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb, Gəncə şəhərində regional dayaq mərkəzi fəaliyyətə başlayıb. Digər infrastruktur layihələr də həyata keçirilməkdədir. Azərbaycan idmançıları Paralimpiya Oyunlarında fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bizim Olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərib, 18 medal qazanıb. Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə ediblər. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir.

Sədr qeyd edib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları ölkəmizin bu sahədə əməkdaşlıq siyasətinin göstəricisidir. Ölkəmizdə bu il və gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Azərbaycanda fiziki cəhətdən qüsurlu insanların idmana cəlb edilməsinə və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib.

O, Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibəti yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanda idmançılar üçün yaradılan şərait, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə və idmanda özlərini təsdiqləməsi üçün yaradılan imkanlar çox əhəmiyyətlidir. Qonaq ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video