14 Noyabr 2018 16:22
304
CƏMİYYƏT
A- A+

Polis Akademiyasının kursantlarına peşəvərdişlərinin aşılanmasına dair tədbir keçirilib


Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında kursantlara peşə vərdişlərinin aşılanması, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi ilə bağlı tədbir keçirilib.

DİN-in mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov, Akademiyanın müəllim-komandir heyəti və bu il qəbul olunmuş kursantlar iştirak ediblər.

DİN-in Veteranlar Şurasının sədri F.Süleymanov çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını bildirib.

Qeyd olunub ki, müstəqilliyi üçüncü onilliyinə qədəm qoymuş Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti məhz bu amala xidmət edir. Ulu Öndərin qayğısı ilə inkişaf yoluna çıxan bu təhsil ocağı da ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı sayəsində tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiyada aparılan geniş abadlıq və quruculuq işləri, həmçinin yeni tədris korpusunun, əlavə dərs və məşğələ otaqlarının tikilməsi, bu istiqamətdə bütün imkanların səfərbər edilməsi sevindirici haldır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunmasında, cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisinin də üzərinə çox böyük və məsuliyyətli iş düşür. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə qarşı döyüşənlərin, Vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin şəhidlik zirvəsinə ucaldığını, əlil və şikəst olduğunu xatırladan natiq bu gün də polisin daha məsuliyyətlə, inamla dövlətə, xalqa xidmətindən danışıb.

Daha sonra Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev diqqətə çatdırıb ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə özlərini təsdiqləmələri üçün şərait yaradır. Məhz bu diqqət və qayğının nəticəsində cari il Akademiyaya qəbul olunan 100 nəfərin 600, 24 nəfərin isə 650-dən yüksək bal topladığını diqqətə çatdıran O.Vəliyev onların qarşıdakı illərdə də təhsildə və təlimdə daha yüksək nəticələr göstərəcəklərinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video