14 Noyabr 2018 19:20
331
SİYASƏT
A- A+

Slovakiya Respublikasının Baş naziri Peter PelleqriniHeydər Əliyev Mərkəzi ilə tanış olub


Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTACxəbər verir ki, qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanış olan ali qonağa məlumat verilib ki, Muzey təşkil olunarkən Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Slovakiya Respublikasının Baş naziri Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb.
Qonaqlar, həmçinin Mərkəzin "Azərbaycan inciləri” sərgisi ilə tanış olublar.
Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat doğurub.
Peter Pelleqrini xatirə kitabına ürək sözlərini yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video