14 Noyabr 2018 16:19
289
İQTİSADİYYAT
A- A+

Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanacaq-energetika kompleksi sahəsində prioritetli məsələləri göstərdi.
AZƏRTAC Türkmənistanın neft-qaz kompleksinin "NEBIT-QAZ” elektron qəzetinə istinadla xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabineti sədrinin bəzi müavinlərinin, bir sıra nazirlik və sahəvi idarə rəhbərlərinin, həmçinin Aşqabad hakiminin iştirakı ilə növbəti videoselektor müşavirəsində milli iqtisadiyyatın, o cümlədən neft-qaz sahəsinin inkişafının prioritetli məsələlərini göstərib.

Dövlət başçısı Baş nazirin müavini M.Meredova neft-qaz sektorunun şaxələndirilməsi, onun infrastrukturunun modernləşdirilməsi, həmçinin iri investisiya layihələrinin vaxtında icrasına nəzarət, o cümlədən Türkmənistandan enerjidaşıyıcılarının dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılması və müasir qaz emalı komplekslərinin tikintisi üzrə konkret tapşırıqlar verib.

Xatırladaq ki, Türkmənistan Avropa bazarına təbii qaz satışı imkanlarını nəzərdən keçirir. Transxəzər Qaz kəmərinin tikintisi və türkmən qazının Cənub Qaz Dəhlizi üzrə Avropa ölkələrinə çatdırılması barədə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla fəal danışıqlar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video