14 Noyabr 2018 12:35
273
SİYASƏT
A- A+

Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib


Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konfrans keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, konfransda əsas qonaq qismində iştirak edən Belarus parlamentinin yuxarı palatasının sədr müavini Marianna Şyotkina, parlamentin aşağı palatasının sədr müavini Boleslav Pirştuk, Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko çıxış ediblər. Bundan başqa, tədbirdə Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Ukraynanın Belarusdakı səfirləri, Rusiyanın MDB yanında daimi nümayəndəsi, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, Belarusun aparıcı universitetlərinin rektorları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Lətif Qəndilov Belarusun yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin konfransda iştirakını ölkəmizə olan böyük hörmətin, diqqətin nümunəsi kimi xarakterizə edib. O, dövlət başçıları arasında olan şəxsi dostluq münasibətlərini ikitərəfli əlaqələrdə mühüm amil kimi qiymətləndirərək bu münasibətlərin dövlətlərarası əməkdaşlığa nümunə olduğunu söyləyib. Səfir qeyd edib ki, hər iki dövlət başçısı müdriklikləri sayəsində keçid dövrünün çətinliklərini aradan qaldıraraq ölkələrimizi dünyada hörmətə layiq olan dövlətlərə çevirib və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini M.Şyotkina və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini B.Pirştuk öz çıxışlarında dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko qeyd edib ki, Azərbaycan Belarusun ən mühüm tərəfdaşlarından biridir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş ikitərəfli münasibətləri Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Nazirin birinci müavini Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edərək, Azərbaycan Prezidentinin Belarusa gözlənilən səfərinin ikitərəfli münasibətlərimizə böyük töhfə verəcəyini söyləyib.

Tədbirdə, həmçinin diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən "Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 ili” kitabının və gümüş xatirə nişanının təqdimatı olub. Səfir L.Qəndilov Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafında xidmətlərinə görə Belarusun Azərbaycanda ilk səfiri olmuş Nikolay Patskeviçi, xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenkonu və Belarus parlamentində Belarus-Azərbaycan dostluq qrupunun rəhbəri, parlamentin milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Valentin Mixneviçi gümüş xatirə nişanı ilə təltif edib. Qeyd edək ki, 25 illik xatirə nişanı ilə Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında xidmətlərinə görə Azərbaycanın və Belarusun digər dövlət və hökumət nümayəndələri də təltif olunacaqlar.

Tədbirdən sonra konfrans iştirakçıları üçün qəbul təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video