14 Noyabr 2018 12:31
262
CƏMİYYƏT
A- A+

Səbail məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkərana yola düşüblər


Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq” devizi ilə respublikamızın müxtəlif bölgələrinə təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Səbail rayonu üzrə təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən məktəblilər noyabrın 14-də Lənkəran-Masallı-Lerik-Astara marşrutu ilə yola düşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar rayon icra hakimiyyətinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səbail rayonu 236 nömrəli məktəbin doqquzuncu sinif şagirdi Axundov Akif AZƏRTAC-a müsahibəsində deyib ki, bu tur aksiyada iştirak onun üçün çox sevindiricidir: "Biz səfərdə olarkən gördüyümüz maraqlı məlumatları öz sinif yoldaşlarımızla paylaşacağıq. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində mühüm amillərdən biri olacaq”.

Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın şagirdi Məhərrəmov Kamil sevincini belə ifadə edib: "Çox sevinirəm ki, Lənkəranı gəzməyə gedirik. Buranın tarixi və abidələri haqqında kitablarda oxumuşam. Tur-aksiya çərçivəsində isə bu diyarı öz gözlərimlə görə biləcəyəm. Biz şagirdlər üçün belə imkan yaratdığı üçün dövlətimizin başçısına təşəkkür edirəm”.

Səbail rayonu 239 nömrəli məktəbin şagirdi Abdullazadə Əminə bu layihədə iştirakından sevinclə danışıb: "Lənkəran Azərbaycanın ən gözəl yerlərindən biridir. Azərbaycanın tarixi, mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazandığım üçün çox sevinirəm”.

Daha sonra mərasim bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video