14 Noyabr 2018 10:27
238
CƏMİYYƏT
A- A+

Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar


Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirak etdikləri "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilib. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 14-də səhər tezdən Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan astaralı məktəbliləri yola salmaq üçün rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Astaradakı Heydər Əliyev Parkına toplaşmışdılar.

Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq, şagirdlərin ölkəmizi daha yaxından tanımaları üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qrupun rəhbəri Rəşad Həsənov AZƏRTAC-a müsahibəsində deyib: "Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Məktəblilər Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, "İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda "Orta əsr Şəmkir şəhəri”, "Abidələr” parkı, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər”.

"Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları - Artupa kənd tam orta məktəbinin X sinif şagirdi Murad Əlizadə və Astara şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Gülnar Əlizadə sevinclərini bölüşərək bildirdilər ki, Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. Doğma Vətənin tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq onların ürəyincədir.

Sonra tur-aksiya iştirakçılarını Gəncəyə aparan avtobus yola düşdü.

Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının məktəbliləri də Gəncə-Göygöl-Şəmkir istiqamətində səfərə çıxıblar. Tur-aksiya iştirakçılarını şəhər və rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri yola salıblar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video