İslahatlar dərinləsir, istehsal artır
Prezident İlham ƏLİYEV: "...bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək”
Müstəqilliyimizin bərpasından sonra ilk növbədə iqtisadiyyatımızın ən böyük sahələrindən biri olan kənd təsərrüfatında islahatların aparılması məlum faktdır. Onu da vurğulamaq lazımdır ki, MDB məkanında aqrar islahatlar ilk dəfə ölkəmizdə həyata keçirilib, baxmayaraq ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin qarantı olduğu üçün bu, çox ciddi risk sayılırdı. Bununla belə ulu öndər Heydər Əliyev aqrar islahatların aparılmasında, bütün işlərdə olduğu kimi, qətiyyətli idi.
İslahatların ilk illərində kənd təsərrüfatı məhsullarının istehsalında göstərilən qədər artım olmadı. Səbəb pay torpağı əldə edən kəndlinin onu becərməsi üçün əlində vəsaitin olmaması idi. Həmçinin həmin dövrdə mövcud kənd təsərrüfatı texnikası köhnəldiyi üçün iqtisadi cəhətdən səmərəsiz idi. Üstəlik, o illər əhalinin alıcılıq qabiliyyətinin aşağı olması kənd təsərrüfatını qeyri-rentabelli sahəyə çevirmişdi. Bu üzdən də kəndlinin əldə etdiyi pay torpağını əkib-becərməyə həvəsi qalmamışdı.
"Əsrin müqaviləsi”ndən əldə edilən gəlirdən iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən aqrar sektorun inkişafında istifadə edilməsi ilə kənd təsərrüfatında yeni dövr başladı. Prezident İlham Əliyev aqrar sektorda islahatların daha da dərinləşdirilməsi, ona daha çox dövlət dəstəyinin göstərilməsi istiqamətində ardıcıl və səmərəli tədbirlər həyata keçirdi. Ölkə rəhbərinin təşəbbüsü ilə kənd təsərrüfatı torpaq vergisindən savayı bütün növ vergilərdən azad edildi, fermerlərə istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə əlavə ödənişlər edildi, istehsalçılara istifadə etdikləri toxuma, gübrəyə, damazlıq heyvanlara və texnikaya görə əlavə güzəştlər olundu.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha aqrar sektorda aparılan islahatların davam etdiriləcəyini bildirərək demişdir: "Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb... Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq, biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik”. Bəli, bu gün ölkəmizin kənd təsərrüfatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu biz həm daxili istehlak bazarında, həm də ixracatda kənd təsərrüfatı məhsullarının çəkisinin artmasında görürük. Həmçinin cari ilin 9 ayının göstəricilərinə görə, kənd təsərrüfatında məhsul istehsalının 4,3 faiz artması da bunun göstəricisidir.
Hazırda ölkəmizdə aqrar islahatlar müxtəlif mərhələlər üzrə paralel aparılır. İlk növbədə kiçik və orta fermer təsərrüfatlarının inkişafına qayğı göstərilir. Təsadüfi deyil ki, dövlət tərəfindən ayrılan güzəştli kreditlərin 80 faizindən çoxu regionlarda çalışan sahibkarlara, xüsusən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir. Bu gün güzəştli kreditlərdən istifadə edən kəndli təsərrüfatını genişləndirərək daha çox məhsul istehsal etməyə imkan qazanıb. Üstəlik, əvvəllər kiçik olan bir çox fermer təsərrüfatları güzəştli maliyyə vasitələri hesabına təsərrüfatlarını genişləndirmək imkanı əldə ediblər. Hətta 10 il bundan əvvəl kiçik və orta fermer kimi fəaliyyətə başlayanların bir çoxu indi iri fermer təsərrüfatlarının sahibidir.
Elə kənd təsərrüfatında aparılan islahatların növbəti mərhələsi də iri fermer təsərrüfatları və aqroparkların yaradılmasıdır. Sadə bir misal: ölkəmizdə cari il təxminən 3 milyon tondan çox taxıl tədarük edilib ki, bu uğurda da iri fermer təsərrüfatlarının rolu böyükdür. Belə ki, taxılçılıqda ən yüksək nailiyyətlər iri fermer təsərrüfatlarında əldə edilib. Bu cür təsərrüfatlarda hər hektardan 50 sentner məhsul götürüldüyü halda, digər kiçik və orta fermer təsərrüfatlarında həmin rəqəm ən yaxşı halda 30 sentner olub. Səbəb aqroparklarda müasir texnika və texnologiyalardan istifadə edilməsidir. Üstəlik, aqroparklar istehsal etdikləri məhsulu emal edə bilirlər. Belə hal həm də məhsul itkisinin qarşısını alır. Bu üstünlüklərdən əlavə, aqroparklar məhsul istehsalının həcmi böyük olduğu üçün məhsullarını müştəri taparaq birbaşa xarici bazara çıxara da bilirlər.
Hazırda ölkə üzrə 199 min hektar sahədə 45 aqroparkın yaradılması üçün konkret işlər görülür. Artıq 4 aqropark fəaliyyət göstərir, ilin sonunadək isə daha 13-nün fəaliyyətə başlaması nəzərdə tutulub. Onu da qeyd edək ki, aqroparklar istehsal təyinatına görə müxtəlifdir. İndi əsasən bitkiçilik və tərəvəzçilik sahəsi üzrə ixtisaslaşan aqroparklar yaradılır. Gələcəkdə isə yeni sahələr üzrə aqroparklar yaradılacaq.
Gələn ildə də aqrar sektorun dəstəklənməsi davam edəcək. Dövlət büdcəsi layihəsində 2019-cu ildə bu sahəyə 835 milyon manat ayrılması nəzərdə tutulub. Layihədə kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin daha 5 il qüvvədə qalması, o cümlədən kənd təsərrüfatına subsidiyalar üçün 540 milyon manat vəsaitin ayrılması da gözlənilir.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!