14 Noyabr 2018 02:27
1255
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. İndicə cənab Baş nazirlə ölkələrimiz arasında olan münasibətlər, gələcək planlar barədə çox önəmli və maraqlı söhbətimiz oldu. Bizi ziyarət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Görüşdə dediyim kimi, münasibətlərimizin tarixində bu, Slovakiyanın Baş nazirinin ölkəmizə ilk səfəridir. Digər vacib fakt ondan ibarətdir ki, Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir. Biz bunu hörmət, tərəfdaşlıq və Azərbaycana maraq əlaməti hesab edirik. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Biz tərəfdaşlığın genişləndirilməsində böyük potensialı görürük və əminəm ki, səfər zamanı müzakirə olunan məsələlər gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.

İkitərəfli münasibətlərlə bağlı çoxlu işlər görülməlidir. Biznes dairələrinin bir araya toplaşması və gələcək planları müzakirə etməsi də bizi məmnun edir. Əlbəttə ki, biz siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Biz daşımalar sahəsində potensialı müzakirə etdik.

Əməkdaşlığımızın vacib hissəsi, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləridir. Bu münasibətlər yaxşı formadadır. Bu il biz "Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq və Azərbaycan ilə Avropa İttifaqı arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, sosial, nəqliyyat, enerji sahələrini əhatə edəcək yeni razılaşma üzrə danışıqların fəal mərhələsindəyik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı tərəfindən çox mühüm tərəfdaş hesab olunur. Bizim icra etdiyimiz layihələrin qitədə böyük miqyası var. Buna görə, cənab Baş nazir, əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı üçün çox yaxşı imkanlar yaradacaq. Mən Sizə uğurlu səfər arzu edirəm.

Slovakiyanın Baş naziri Peter PELLEQRİNİ dedi:

- Çox sağ olun, Zati-aliləri cənab Prezident. Sizinlə bu gözəl məkanda şəxsən görüşməkdən məmnunam. Bəli, Siz tamamilə düz qeyd etdiniz, biz istərdik ki, səfərimiz münasibətlərimizin daha dinamik şəkildə inkişafına xidmət etsin.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağlı səmərəli danışıqlar apardıqlarını bildirdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olundu. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olundu.

* * *

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Peter Pelleqrini işçi nahar etdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video