Məşğulluq siyasətinin əsas hədəflərini müəyyənləşdirən yeni sənəd
2030-cu ilədək ölkədə işsizliyin səviyyəsi 4 faizə, o cümlədən qadınlar və gənclər arasında minimuma endiriləcək
Son 14 ildə Azərbaycanda 1,96 milyon yeni iş yeri açılıb. Bunların 73,3 faizi daimi iş yerləridir. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində bölgələrdə açılan iş yerlərinin sayı da xeyli artıb.
Belə ki, yeni iş yerlərinin 70 faizdən çoxu bölgələrin payına düşür. Dövlətin qeyri-neft sektorunun inkişafını prioritet elan etməsinin nəticələri də özünü göstərir. Belə ki, iş yerlərinin əksəriyyəti bu sektorda, yəni tikinti, ticarət, xidmət, emal sənayesi, nəqliyyat və digər sahələrdə açılıb. Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası” isə ölkədə məşğulluq siyasətinin bundan sonrakı əsas hədəflərini müəyyən etmişdir.
Hələ 13 il əvvəl dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)” təsdiq olunmuşdur. Bu strategiya iki mərhələdə uğurla həyata keçirilmişdir. Hazırda ölkədə əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il sentyabrın 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 950 min 512 nəfər olub. Azərbaycan demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. 2006-2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faiz təşkil edib. Bu, Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Başqa bir önəmli fakt odur ki, hazırda Azərbaycanda doğulanların sayı ölənlərin sayını üç dəfəyə yaxın üstələyir. Proqnozlara əsasən, 2030-cu ildə ölkədə əhalinin sayı 10,7 milyon nəfərə çatacaq.
Hələ Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: "2014-cü ildən bu günə qədər 2 milyona yaxın yeni iş yeri açılmışdır. Amma baxın, əhali də nə qədər artmışdır. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır. Eyni zamanda, qarşımızda vəzifələr qoyur”.
Ölkədə çoxsaylı iş yerlərinin yaradılması indi uşaq və yeniyetmə olan Azərbaycan vətəndaşlarının sabahına, yeni məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin tikilməsi əhalinin getdikcə artmasına hesablanıb. Başqa sözlə, dövlət əhalinin artımını nəzərə alaraq məqsədyönlü sosial-iqtisadi tədbirlər həyata keçirir, bu sahədə müvafiq sərəncam və fərmanlar imzalanır, proqram və layihələr reallaşdırılır. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası” sözügedən istiqamətdə atılan mühüm addımlardan biridir.
Strategiyanın əsas məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçirilməsini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğa nail olmaq, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir. Bu strategiya məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsini, mikro, kiçik və orta sahibkarlığı dəstəkləməyi nəzərdə tutur. Onun həyata keçirilməsi nəticəsində əmək bazarının tənzimlənməsi sayəsində normativ hüquqi baza və institusional struktur təkmilləşdiriləcək. İşçi qüvvəsinin bacarıq və səriştəsi inkişaf etdiriləcək, əmək standartları mükəmməlləşdiriləcək. Hədəfə eləcə də aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması dayanır. Bu istiqamətdə qarşıda duran vəzifələr Prezident İlham Əliyevin 6 dekabr 2016-ci il fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası çərçivəsində nəzərdə tutulub.
"2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”nda qeyd edilir ki, keçən il ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artıb. Bununla belə, iqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər mövcuddur. Məsələn, kənd təsərrüfatında əmək məhsuldarlığının səviyyəsinin aşağı olması qeyd edilir. Bu, sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir. Ümumiyyətlə, qloballaşma, yeni iş yerlərinin yaradılması, müasir istehsal və idarəetmə texnologiyalarının tətbiqi, əmək şəraitinin müasirləşdirilməsi yüksək peşə bacarığı olan işçilərə ehtiyacı artırır.
Sənəddə həmçinin göstərilir ki, gənclər və qadınlar arasında işsizliyin səviyyəsi ölkə göstəricisindən çoxdur. Odur ki, strategiya 2030-cu ilədək işsizlik səviyyəsini 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimuma endirməyi qarşıya məqsəd qoyur. Bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində işləməyən və təhsil almayan gənclərin xüsusi çəkisini azaltmaq nəzərdə tutulub.
Dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işə düzəlmə səviyyəsini 2030-cu ilədək 70 faizə çatdırmaq hədəflənir. Eləcə də qarşıya bu orqanlara müraciət etmiş vətəndaşların peşə hazırlığına cəlb olunmasını artırmaq, regional peşə təhsili mərkəzlərinin sayını çoxaltmaq məqsədi qoyulur.
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi sayəsində yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət artırılacaq. İqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olunacaq. 2030-cu ilədək əmək məhsuldarlığı iki dəfəyə qədər yüksəldiləcək.
Strategiyanın həyata keçirilməsi bir çox müsbət nəticələr verəcək. Əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistem formalaşacaq. Əhalinin məşğulluq və layiqli iş imkanları genişlənəcək. İnklüziv məşğulluq təmin ediləcək. Təhsil sistemi əmək bazarı ilə uyğunlaşdırılacaq. Məşğulluq və sosial müdafiə arasında əlaqə güclənəcək və s.
2019-2030-cu illəri əhatə edən bu strategiya bir-birini tamamlayan iki mərhələdə reallaşdırılacaq. Hər bir mərhələ üçün tədbirlər planı ölkə Prezidenti tərəfindən təsdiq ediləcək.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!