14 Noyabr 2018 02:09
228
CƏMİYYƏT
A- A+

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində Zaqatalada Rayon Məhkəməsi üçün ən son texnologiyalarla təchiz olunmuş yeni müasir binanın istifadəyə verilməsi bu sahədə fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni binanın açılışında iştirak etmiş ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apelyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə geniş müşavirə keçirib.

Tədbirdən əvvəl nazir Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra dövlət başçısının Şəkidə yenicə açılışını etdiyi Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, "ASAN Həyat” Kompleksi və "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq olub.

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdikləri müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, "Elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, cəza siyasətinin humanistləşdirilməsinə dair Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işlərdən danışıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni Qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub. Azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum edilmiş 500-dək şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Müşavirədə sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.

Həmçinin vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması ilə bağlı dövlət başçısının qəti tapşırıqlarının icrası üzrə tədbirlər qeyd olunub, məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil edilməsi, apelyasiya məhkəmələrindən prinsipiallığın artırılması, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin zəruriliyi vurğulanıb. Bundan başqa, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dönmədən əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə toxunularaq, ilk dəfə olaraq ali və bütün apelyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirilib. Səlahiyyət müddəti başa çatmış 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyi vurğulanıb.

Həmçinin şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video