Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
Ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons noyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının mövcud durumu və inkişafı barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir.
İ.Rəhimov bildirib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə iki idman növü ilə fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə paralimpiya millimiz 6 Yay Paralimpiya Oyununda iştirak edib. Hazırda komitənin nəzdində 14 yay və 3 qış idman növləri üzrə paralimpiya milli komandaları fəaliyyət göstərir. İdmançılarımızdan 7-si Paralimpiya, 7-si dünya, 17-si Avropa çempionu, 1-i Avropa Oyunlarının, 12-si isə İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Diqqətə çatdırılıb ki, paralimpiya hərəkatının regionlarda sürətli inkişafının təmin edilməsi məqsədilə 2018-ci ildə Gəncədə Azərbaycan Milli Paralimpiya Komitəsinin regional bölməsi yaradılıb. 2017-ci ildə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və cari ildə Azərbaycan Boccia İdman Federasiyası fəaliyyətə başlayıb. 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən idarə olunan UPK-nin məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Federasiya prezidenti bildirib ki, 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir. Cari il noyabrın 13-də IV Oyunlar başlayıb. Keçiriləcək yarışlara respublikanın müxtəlif regionlarından sağlamlıq imkanları məhdud 130-dan çox paralimpiyaçı uşaq idmanın 8 növü üzrə mübarizəyə qoşulub. İlk dəfə olaraq, Oyunlarda Gürcüstandan olan uşaqlar da iştirak edirlər. Milli Paralimpiya Komitəsi paralimpiya idman növləri ilə yanaşı, əlil arabasında idman rəqsi, paraşütla tullanma və boulinq qeyri-paralimpiya idman növlərinin inkişafına da dəstək verir.
Endrü Parsons Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında də lider ölkədir.
Görüşdə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar geniş müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!