Dövlət dəstəyi və yatırılan sərmayələr inkişafı sürətləndirir
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində son illər görülən işlər sayəsində Göyçay şəhərinin də, rayon mərkəzinin də, kəndlərin də siması xeyli dəyişmişdir.
Təkcə bu ilin əvvəlindən indiyədək iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 12,9 milyon manat investisiya yönəldilib. Rayonun tikinti təşkilatları tərəfindən 8,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə "Aznar” QSC-nin ərazisində yeni şərab emalı sexi inşa edilərək orada ən müasir avadanlıqlar quraşdırılıb. Müəssisədə üzümün qəbuluna və ilkin emala başlanılıb.
Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğunun istismara buraxılması üçün son yoxlama işləri aparılır.
Yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri də davam etdirilir. Bığır-Çırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Uzunluğu 23 kilometr olan Cəyirli-Alpout kəndlərarası avtomobil yolunun tikintisinə başlanıb.
Təhsilin inkişafı, bu sahədəki çatışmazlıqların aradan qaldırılması da diqqətdə saxlanılır. Alıkənd kəndində modul tipli 40 şagird yerlik ibtidai məktəb binası inşa edilib. Yerli iş adamlarının vəsaiti hesabına Potu kənd tam orta məktəbi əsaslı təmir edilərək 8 yeni sinif otağı istifadəyə verilib. Alpout kəndində 40 yerlik uşaq bağçasının tikintisində son tamamlama işləri görülür.
Ümumiyyətlə, tikinti, abadlıq və quruculuq sahəsində görülən işlər genişmiqyaslıdır. Yeni müasir avtovağzal istifadəyə verilib. Əli Kərim adına parkda təmir başa çatdırılıb. Soyqırımı abidəsi Şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulub. Parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksi inşa edilib. Heydər Əliyev parkının ərazisində bayraq muzeyi tikilir, Heydər Əliyev prospektindəki xiyabanda abadlıq və əsaslı yenidənqurma işləri davam etdirilir. Əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsindəki Təzə bazara bitişik ərazidə kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün hərtərəfli şərait yaradılıb.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda verdiyi tapşırıqlara uyğun olaraq rayon iqtisadiyyatının yüksəldilməsi istiqamətində hədəflər də müəyyən edilmişdir. Bunlar əsasən aqrar sahə ilə bağlıdır. Torpaq sahələrindən daha səmərəli istifadə edilməsi vacib amillərdəndir. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusən tərəvəzçilik və meyvəçilik sahəsində daha mütərəqqi metodlardan istifadə etmək, müasir istixana komplekslərinin qurulması və intensiv meyvə bağlarının salınması qarşıya məqsəd qoyulub.
Yeri gəlmişkən onu da qeyd edək ki, Göyçay torpaq imkanları məhdud olan rayonlardandır. Odur ki, taxıl istehsalını əkin sahələrinin məhsuldarlığının yüksəldilməsi, rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi, emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması, bazar tələblərinə uyğun rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması da qarşıda duran əsas hədəflərdəndir.
Əli SƏLİMOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!