14 Noyabr 2018 02:00
283
İQTİSADİYYAT
A- A+

Qabaqlayıcı tədbirlər yaxşı nəticə verir


Respublikamızın digər regionları kimi, Balakəndə də heyvandarlığın inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Bu işdə dövlət dəstəyi də mühüm rol oynayır. Bunlardan biri ayrılan güzəştli maliyyə vəsaiti hesabına daha keyfiyyətli və məhsuldar heyvanların xaricdən alınmasıdır. Son iki ildə rayon fermerləri 130-a yaxın cins inəyi lizinq yolu ilə alıblar.

Digəri süni mayalama ilə bağlıdır. Hazırda rayonda 5 süni mayalama texniki fəaliyyət göstərir. Mal-qaranın və ev quşlarının peyvəndlənməsi üçün nəzərdə tutulan vaksinlər də dövlət vəsaiti hesabına təmin olunur.

Rayon baytarlıq idarəsinin rəisi Sucəddin Cəfərov deyir ki, onlar 38 min iribuynuzlu və 37 min xırdabuynuzlu mal-qaraya xidmət edirlər. Artıq rayonda iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinin aparılması yekunlaşmaq üzrədir. Bu məqsədlə respublika Baytarlıq Xidməti tərəfindən 25 min vaksin ayrılmışdır. İlk peyvəndləmə işləri sərhəd kəndlərində aparılıb. Xırdabuynuzlu heyvanlarda isə çiçək xəstəliyinə qarşı peyvənd edilib.

Hazırda rayonda epizootik vəziyyət normaldır. Bu da onunla əlaqədardır ki, idarə lazım olan dərman və preparatlarla təmin olunur. İdarə rəisi vacib bir məsələyə də toxunaraq dedi ki, son 15-20 il ərzində baytarlıq ixtisasına maraq azalmışdı. Bu da bir neçə ildən sonra kadr çatışmazlığı ilə nəticələnə bilərdi. Bunu nəzərə alıb kəndlərdə əhali ilə danışıqlar apardıq. Nəticə yaxşıdır. Övladlarını baytarlıq ixtisasına yönəltməyə maraq göstərənlərin sayı artıb.

Ə.SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video