Relslər Salyanda qaynaqlanır
Salyan şəhərindəki 24 saylı Rels Qaynaqlama Qatarı Cənubi Qafqazda rels qaynaq edən iki müəssisədən biridir. Adından da göründüyü kimi, polad yolların relsləri burada cilalanır, bir-birinə qaynaq edilir və digər texnoloji proseslərdən sonra təyinatı üzrə ünvanına göndərilir.
Müəssisə 1961-ci ildə yaradılıb. Uzun müddət ona "Fəxri dəmiryolçu” Xeyrulla Əliyev rəhbərlik edib. Çalışdığı illər ərzində kollektiv üçün çox işlər görüb. Müəssisə Azərbaycan Dəmir Yolu İdarəsinin, habelə Salyan rayonunun qabaqcıl müəssisələrindən birinə çevrilib. Burada yenidənqurma işləri aparılıb, Rusiya Federasiyasından, Ukraynadan gətirilən və müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Nizam-intizamın, işgüzarlığın, yüksək təşkilatçılığın sayəsində plan və tapşırıqlara vaxtında və keyfiyyətlə əməl olunub, fəhlələr, mütəxəssislər yaxşı əməkhaqqı alıblar. İşçilərə gündə bir dəfə pulsuz isti yemək verilib. Bu məqsədlə idarənin nəzdində yardımçı təsərrüfat yaradılıb, yeməkxana binası inşa edilib. Fəhlələr işə müəssisənin xüsusi avtobusları ilə gəlib-gediblər. Yaranan mehriban münasibət, səmimiyyət nəticəsində kollektiv üzvləri bir-birlərinin xeyrində-şərində fəal iştirak ediblər. Yaxşı haldır ki, bu ənənələr indi də davam edir.
"Dəmiryolçu” deyəndə göz önünə ağırtonlu yükləri, sərnişinləri müxtəlif ünvanlara daşıyan qatarlar gəlir. Bu baxımdan dəmir yolunun fasiləsiz işləməsi ölkənin dinamik inkişafı deməkdir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu Qərblə Şərq arasındakı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. İndi bu dəmir yolu xətti ilə hər gün min tonlarla yük daşınır və gələcəkdə bu yüklərin həcmi daha da artacaq. Şimal-Cənub dəmir yolunun əsaslı şəkildə yeniləndirilməsi də tranzit yüklərin daşınmasına əlverişli şərait yaradacaq. Prezident İlham Əliyev Cənub bölgəsinə səfəri zamanı əhali ilə görüşündə qeyd etmişdir ki, yolun Lənkəran şəhərinin dəniz sahili boyunca uzanan hissəsi şəhərdən kənara çıxarılacaq. Nəticədə yol həm təzələnəcək, şəhər əhalisi səs-küydən, təhlükədən azad olacaq, həm də turizm üçün imkanlar genişlənəcək.
Bu və ya digər layihələrin reallaşmasında Salyandakı 24 saylı Rels Qaynaqlama Qatarı kollektivinin də payı var. İdarəyə hazırda gənc mütəxəssis İlqar Əliyev rəhbərlik edir. O, müəssisənin keçmiş şöhrətinin yaşadılması və daha da inkişafı üçün əlindən gələni əsirgəmir. Bunlara görə İlqar Əliyev 13 oktyabr Dəmiryolçular Günü münasibətilə "Tərəqqi” medalı ilə təltif edilmiş, idarənin baş mühəndisi X.Ağayev isə "Fəxri dəmiryolçu” adına layiq görülmüşdür.
İş prosesi ilə tanış olmaq üçün qaynaq sexinə baş çəkdik. Buradakı mənzərə biz təsəvvür etdiyimizdən tam fərqlidir. Həyata keçirilən işlər bütünlüklə avtomatlaşdırılmışdır. Bayırda üst-üstə qalaqlanmış relslər elektrik qaldırıcıları vasitəsilə diyircəkli xəttin üzərinə qoyularaq sexə göndərilir. Burada qaynaq Rusiya istehsalı olan xüsusi avadanlıqda, komplektləşdirilmiş sistemlə həyata keçirilir. Texnoloji xətt rusiyalı mütəxəssislərlə birgə quraşdırılmışdır. Müəssisəyə relslər Çexiya Respublikasından gətirilir. Sifarişə əsasən onlar burada bir-birinə qaynaq edilir. Növbəti mərhələdə bu relslər xüsusi vaqonlarla lazımi ünvana daşınır. Həmin vaqonların üzərinə quraşdırılmış qaldırıcı kranlar vasitəsilə qaynaq edilmiş relslər hissə-hissə yolun hazırlanmış yatağına düzülür. Sonra Ukraynadan alınmış "KSM-005” markalı səyyar maşınla qaynaq işi aparılır. Yeri gəlmişkən, bu maşın həm dəmir, həm də avtomobil yolu ilə hərəkət edə bilir.
Rels Qaynaqlama Qatarının rəhbərliyi çoxillik müsbət təcrübəni bu gün də uğurla davam etdirir. İş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin təşkili diqqət mərkəzindədir. Bununla əlaqədar kollektivin hər bir üzvünə xüsusi geyimlər və digər ləvazimatlar verilmişdir. İdarənin kollektivi sifarişdən asılı olaraq gün ərzində 3 növbə işləyə bilir. Texniki təhlükəsizlik məsələləri ilə əlaqədar fəhlələr üçün qısamüddətli kurslar təşkil edilir, maarifləndirici tədbirlər görülür. Bir sözlə, burada hər bir işçi diqqət və qayğı ilə əhatə olunmuşdur. Bunlar isə müəssisənin iqtisadi göstəricilərində öz əksini tapır. Həmişə olduğu kimi, kollektiv cari ilin 9 ayını da yaxşı nəticələrlə yola salmışdır. Ötən müddət ərzində müəssisədə 162,7 kilometr rels qaynaq edilmişdir ki, bu da tapşırığa əməl olunması deməkdir.
Seyran CAVADOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!