14 Noyabr 2018 01:56
974
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirib


Noyabrın 13-də Dünya Diabetlə Mübarizə Günü ilə əlaqədar Tovuz, Qazax, Masallı və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarının poliklinikalarında "açıq qapı günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi aksiya çərçivəsində həkim-endokrinoloqlar sakinləri diabet, onun risk amilləri, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylanıb. Həmçinin müraciət edənlərdən şəkərin təyini ilə bağlı analizlər götürülüb və nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Fondunun təşəbbüsü ilə 14 noyabr 1991-ci ildən Dünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video