14 Noyabr 2018 01:45
522
Təhsil
A- A+

Yeni körpələr evi istifadəyə verildi


Dünən Zaqatala rayonundakı Mazıx kənd körpələr evi - uşaq baxçasının əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bağçanın balaca sakinlərini, onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib. O, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. Ulu öndər Heydər Əliyevin uşaqlara daim böyük sevgi və məhəbbət bəslədiyini xüsusi vurğulayaraq bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. M.Əhmədzadə rayondakı mövcud 42 uşaq bağçasının hər birinin qış mövsümünə tam hazır olduğunu, 11 uşaq bağçasının qazanxanasının işlək vəziyyətə gətirilməsini, digər uşaq bağçalrınin isə duru və odun yanacaqlar ilə təmin edildiyini təbdir iştirakçılarının nəzərinə çatdırıb.

Rayon rəhbəri bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini, yeni bağçaların tikiləcəyini, köhnələrinin isə əsaslı təmir olunacağını bildirib. Mərasimdə bağçanın müdiri Kainat Vaşiyeva və valideynlər çıxış edərək uşaqların təlim-tərbiyəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra bağçaya baxış keçirilib. Qeyd edək ki, bağçada 20 uşaq təlim-tərbiyə alacaqdır. Daxili imkanlar hesabına təmir olunan bağça yeni inventar və avadanlıqla təchiz olunub, həyətində abadlıq işləri aparılıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video