13 Noyabr 2018 19:52
212
CƏMİYYƏT
A- A+

DOST mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək DOST mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkə başçısının rəhbərliyi ilə sosial sahədə mütərəqqi, çoxşaxəli, ardıcıl və mərhələli şəkildə həyata keçirilən islahatlar konsepsiyasının tərkib hissəsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST Agentliyinin və 124 növdə xidmət göstərəcək DOST mərkəzlərinin yaradılması üçün müvafiq işlər davam etdirilir. Nazirlik tərəfindən artıq DOST konsepsiyası, aidiyyəti hüquqi bazanın formalaşdırılması məqsədilə normativ hüquqi aktların layihələri, DOST mərkəzlərinin struktur, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri, vəzifə təlimatları və s. hazırlanıb.

Cari ildə Bakıda ilk DOST mərkəzinin açılması ilə bağlı işlərə başlanılıb və növbəti illərdə də respublikamızın bölgələrində belə mərkəzlərin açılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl də dövlət başçısının 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə Agentliyin fəaliyyətinin təşkili, DOST mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video