13 Noyabr 2018 17:40
277
SİYASƏT
A- A+

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub


Noyabrın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Məcburi köçkünlərə məlumat verilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin mənzil problemi ilə yanaşı, məşğulluğunun da təmin edilməsi üçün mühüm addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıq icra edilir.

Bundan başqa, mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, yeni mənzillərə köçürülmə mərhələli şəkildə aparılır. Öncə ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür.

Dövlət Komitəsi sədrinin vətəndaş qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir. Qəbula gəlmək istəyənlərin müraciətləri əvvəlcədən növbəlilik prinsipi əsasında qeydə alınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video