13 Noyabr 2018 17:04
1134
CƏMİYYƏT
A- A+

Sosial şəbəkələr şəxsiyyətin deqradasiyasına səbəb olur


Alimlər müəyyən ediblər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə edənlər, xüsusən müxtəlif şəkillər və şelfi yerləşdirənlər narsissizmin inkişafı problemi ilə qarşılaşır. "The Daily Mail” qeyd edir ki, Suonsi və Milan universitetlərinin əməkdaşları bu nəticəyə gəliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekspertlər dörd ay ərzində 18-34 yaş arasında olan 74 insanın xarakterindəki dəyişikliyi və onların sosial şəbəkələrdən istifadə tezliyini araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdən həddindən çox istifadə bu insanların 25 faizinin xasiyyətində narsissist keyfiyyətlər formalaşdırıb.

Narsissizm, öz növbəsində, öz hüquqları və başqalarını öz maraqları üçün istifadə etməklə bağlı eksqibisionizm, xüsusi destruktiv etiqad problemləri yaradır. Maraqlıdır ki, mənfi effektlər yalnız öz rəsmlərini yerləşdirən istifadəçilərdə rast gəlinir. Narsissizm sindromu gücləndikdən sonra isə bu insanlar daha çox statuslar yerləşdirməyə başlayırlar.

Bir nəfər istisna olmaqla bütün könüllülər sosial şəbəkə istifadəçiləri olub. Onlar orta hesabla 3 saatını bu məşğuliyyətə sərf ediblər. Bəziləri isə hər gün 8 saatını sosial şəbəkələrdə keçiriblər. Onların üçdəikisi bu şəbəkələrdən fotoşəkil yerləşdirmək üçün istifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video