13 Noyabr 2018 15:22
942
PARLAMENT
A- A+

Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır


Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat, o cümlədən xarici investisiyaların 7.5, daxili sərmayələrin 10.4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda artım 2.5 faiz gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 13-də Milli Məclisin plenar iclasında çıxışı zamanı məlumat verib.

Nazir deyib: "Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin tətbiqi özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. Səkkiz iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrin 63 faizi artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonunadək fəaliyyətə başlayacaq”.

Şahin Mustafayev, həmçinin bildirib ki, kompleks dövlət dəstəyi göstərilən layihələrin ümumi dəyəri 2.5 milyard manat təşkil edən və tikintisi davam etdirilən 181 istehsal və emal müəssisələrinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verməklə yanaşı, 19 min yeni iş yeri yaradılması imkanı yaradacaq. Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində iqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3.9 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz olacağı proqnozlaşdırılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılan, qeyri-neft sənayesinin inkişafında mühüm rola malik sənaye parkları və məhəllələrində indiyədək 62 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında layihələrinin ümumi dəyəri 2.8 milyard ABŞ dollarından artıq olan 18 müəssisəyə rezident statusu verilib, bunlardan 9-u artıq fəaliyyətə başlayıb, 5 müəssisənin ilin sonunadək, daha 3-nün isə gələn il istifadəyə verilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video