13 Noyabr 2018 14:58
261
İQTİSADİYYAT
A- A+

İranın vitse-spikeri: Xəzər dənizinin resursları region xalqlarının mənafeyinə xidmət etməlidir


İran ilə Azərbaycan həm quru, həm də dəniz sərhədinə malikdirlər. Bu da iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat əlaqələrinin daha da genişlənməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Məsud Peşikyan deyib. Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında imzalanan Konvensiya dənizdən istifadə etmək üçün bütün tərəflərə bərabər imkanlar verir. Bütün xəzəryanı dövlətlər bu imkandan istifadə edib iqtisadi və ticarət əlaqələrini artırmalıdırlar. Xəzərin statusunun müəyyən edilməsi dövlətlər arasında əlaqələrin inkişafına da xidmət edir. Xəzər dənizinin resursları region xalqlarının mənafeyinə xidmət etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video