13 Noyabr 2018 11:47
602
Mədəniyyət
A- A+

Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib


Azərbaycanın Yunanıstandakı səfirliyinin, "Qala” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki bələdiyyəsinin birgə təşkilatçılığı ilə Saloniki şəhər kitabxanasında "Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Saloniki şəhər bələdiyyəsinin, Salonikidə fəaliyyət göstərən konsulluq korpusunun təmsilçiləri, Aristotel və Makedoniya universitetlərinin rəhbərliyi, Azərbaycan icmasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev tədbirdə çıxış edərək bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatlarının ölkəmizin müstəqilliyinin tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib, Cümhuriyyətin 23 ay sonra bolşevik işğalı nəticəsində süquta uğraması barədə məlumat verib. Diplomat müsəlman şərqində ilk demokratik respublika olan AXC-nin 100 illiyinə həsr olunmuş tədbirin demokratiyanın doğulduğu dost Yunanıstanda Saloniki bələdiyyəsi ilə birgə keçirilməsindən məmnunluğunu ifadə edib. O, həmçinin dünyada Azərbaycan həqiqətlərinin tanıdılması işində xaricdə yaşayan hər bir soydaşımızın fəallıq göstərməsinin zəruriliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video