13 Noyabr 2018 11:41
663
Elm və texnika
A- A+

Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb


Noyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mərhum akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən "Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən ikigünlük tədbirdə radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələr aparılacaq.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Mahmud Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən söz açıb.

Bildirilib ki, akademik M.Kərimovun çoxşaxəli elmi fəaliyyəti elektron paramaqnit rezonans, elektrik sahəsi, polimer, foto, radiasiya prosesləri sahələrini, ötən əsrin 90-cı illərində isə oksid birləşmələr və onların əsasında heterogen sistemlər, yarımkeçiricilər, neft, poliaromatik birləşmələr sahələrini də əhatə edib. Görkəmli alimin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilib və 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri alıb. 2001-ci ildə AMEA-nın prezidenti seçilmiş Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb.

Diqqətə çatdırılıb ki, alimin dəstəyi ilə Radiasiya Problemləri İnstitutunda Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 6 milli və çoxlu regional layihələr reallaşdırılıb. Həmin layihələr nəticəsində institutda Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan bölümü yaradılıb, ölkəmizdə nüvə və radioaktiv materialların monitorinq laboratoriyası təşkil edilib, Tədqiqat Nüvə Reaktorunun elmi-iqtisadi əsaslandırılması həyata keçirilib, radiasiyalı texnologiyaların imkanları genişləndirilib. AMEA-nın beynəlxalq əlaqələrinin genişlənməsində akademik M.Kərimovun mühüm rolu olub.

Çıxış edənlər mərhum akademikin elmin inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən bəhs edib, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Noyabrın 14-də başa çatacaq konfrans işini bölmə iclasları üzrə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video