Alternative content

08:05 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:29 22.08.2019 Ümid yeri
00:11 22.08.2019 Rusiya G7-yə qoşulur
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
00:40 13.11.2018


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313; 2015, № 11, maddə 1279; 2017, № 2, maddələr 141, 160; 2018, № 6, maddə 1157) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. dördüncü hissədə "müvafiq icra hakimiyyəti orqanlarına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

1.2. beşinci hissədə "müvafiq icra hakimiyyəti orqanlarından” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan)” sözləri ilə, "müvafiq icra hakimiyyəti orqanlarının” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

1.3. yeddinci hissəyə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

2. 4-cü maddənin yeddinci hissəsində "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddə üzrə:

3.1. birinci hissəyə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

3.2. ikinci hissədə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

4. 6-cı maddədə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

5. 7-ci maddənin üçüncü hissəsinə birinci halda "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

6. 11-ci maddənin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin.

7. 12-ci maddə üzrə:

7.1. 12-ci maddənin birinci hissəsinin birinci cümləsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

7.2. 12-ci maddənin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

8. 13-cü maddə üzrə:

8.1. birinci hissənin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanlarına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, "orqanlar” sözü "orqan (qurum)” sözləri ilə əvəz edilsin;

8.2. birinci hissənin ikinci cümləsində ikinci halda "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

8.3. ikinci hissənin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

9. 14-cü maddə üzrə:

9.1. birinci hissədə "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

9.2. ikinci hissəyə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

10. 15-ci maddənin ikinci hissəsinin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə, ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

11. 16-cı maddənin birinci hissəsinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

12. 17-ci maddənin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

13. 18-ci maddə üzrə:

13.1. birinci hissənin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

13.2. üçüncü hissənin ikinci cümləsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

14. 19-cu maddə üzrə:

14.1. ikinci hissədə "müvafiq icra hakimiyyəti orqanı ilə” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)” sözləri ilə əvəz edilsin;

14.2. üçüncü hissənin ikinci cümləsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

15. 20-ci maddə üzrə:

15.1. birinci hissənin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanında” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

15.2. ikinci hissədə "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

16. 21-ci maddə üzrə:

16.1. ikinci hissədə "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

16.2. üçüncü hissəyə "Müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

17. 23-cü maddə üzrə:

17.1. birinci hissədə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

17.2. ikinci hissəyə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

18. 24-cü maddənin ikinci hissəsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

19. 25-ci maddə üzrə:

19.1. birinci hissənin birinci və ikinci cümlələrinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

19.2. altıncı hissədə "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

20. 26-cı maddənin birinci hissəsinə "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

21. 27-ci maddə üzrə:

21.1. ikinci hissəyə ikinci halda "müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra "müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

21.2. üçüncü hissənin üçüncü cümləsində "müvafiq icra hakimiyyəti orqanına” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM