12 Noyabr 2018 22:00
341
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Saksoniya şirkətləri arasında işgüzar əməkdaşlıq genişləndirilir


Gələn il fevralın 5-dən 8-nə kimi Almaniyanın Leypsiq şəhərində Saksoniya vilayətinin sənaye üzrə aparıcı "Z və Intec" sərgisi keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan") AZƏRTAC-a bildiriblər ki, palata bununla əlaqədar Sənaye İxracının Təşviqi layihəsi çərçivəsində fevralın 4-dən 7-nə kimi Azərbaycanın maşın mühəndisliyi, maşın və cihazqayırma sahələri üzrə təşkilat və müəssisələrinin nümayəndələri üçün "Z və Intec" sərgisinə biznes səfəri təşkil edir. Layihə Saksoniya Dövlət İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyi (SMWA) tərəfindən maliyyələşdirilir və Saksoniya İqtisadi İnkişaf Korporasiyası (WFS) ilə "AHK Azərbaycan"ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Sənaye İxracının Təşviqi layihəsinin proqramına sərgiyə ziyarət, seminarlarda iştirak, müəssisələrlə işgüzar görüşlər, müvafiq sahələr üzrə seçilmiş Saksoniya şirkətləri ilə ikitərəfli görüşlər, eləcə də qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir. Biznes səfərin əsas məqsədi oxşar biznes profillərinə malik olan Azərbaycan və Saksoniya şirkətlərinin bir araya gətirilməsi və ikitərəfli işgüzar əməkdaşlığın genişləndirilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video