12 Noyabr 2018 21:52
275
CƏMİYYƏT
A- A+

Müstəqilliyimizin və hüquqlarımızın möhtəşəm rəmzləri olan bayrağımız və Konstitusiyamız


Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Alayın komandiri, polis general-mayoru Zaur Abdullayev Azərbaycan Respublikasının dövlət bayrağının 100, ilk milli Konstitusiyasının yaradılmasının isə 23 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Dövlət müstəqilliyimizin bərpasından xeyli əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaldıb. 1990-cı il iyulun 22-də Ulu Öndər Naxçıvana və böyük siyasətə qayıdışı milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarına ən yüksək hörmət və ehtiramın göstərilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi Sərəncamı buna parlaq misaldır. Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru Nuru Məmmədov çıxış edərək 1996-cı il fevralın 6-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd edilməsinin ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulayıb. Müstəqilliyin ilk illərində ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ümummilli Liderin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi islahatların respublikamızı dinamik inkişaf yoluna çıxardığını deyən N.Məmmədov bütün bunların həm də qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdığını vurğulayıb.

Bildirilib ki, ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan çox əlavə və dəyişiklik olunub. Bunlar dövlətin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklərin olunduğunu diqqətə çatdıran Nuru Məmmədov Əsas Qanunun 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin ali dövlət və məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmininə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət etdiyini deyib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video