12 Noyabr 2018 21:51
290
CƏMİYYƏT
A- A+

Yol polisi Bakıda yükdaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib


Paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli qərarı ilə oktyabrın 1-dən mayın 1-dək kütləsi maksimum 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəlişi üçün bir neçə marşrut müəyyənləşdirilib. Noyabrın 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürücülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilib.

Bununla əlaqədar məhdudiyyətin tətbiq edildiyi müddətdə paytaxta daxil olan maksimum kütləsi 5 tondan artıq olmayan yük avtomobilləri sahiblərindən və sürücülərindən xahiş edilir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimum kütlə göstəricisinin olub-olmamasına bir daha diqqət yetirsinlər. Belə göstəricilərin qeyd olunmadığı təqdirdə yük avtomobillərinin girişini qadağan edən vaxt məhdudiyyəti tətbiq edilmiş yol nişanlarının təsir zonasına daxil olarkən inzibati məsuliyyətə cəlb edilməmələri üçün həmin avtomobilin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan bölümlərinə müraciət etməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video