12 Noyabr 2018 18:52
529
DÜNYA
A- A+

Avstriyada daha bir rusiyalı casus yaxalandı


Avstriyada Rusiyaya casusluqda ittiham olunan daha bir nəfər aşkar edilmişdir. Bu barədə "Kronen Zeitung” qəzeti xəbər verir.

Bu dəfə söhbət əks-kəşfiyyat idarəsinin əməkdaşından gedir. O, Moskvaya məxfi sənədlər ötürməkdə şübhəli bilinir.

Məlumata görə, Konstitusiyanın Müdafiəsi və Terrorizmlə Mübarizə üzrə Federal İdarənin (BVT) əməkdaşı bir il əvvəl şübhə altına düşmüşdür. Bu müddətdə onun barəsində təhqiqat aparılmışdır. Digər rusiyalı casusdan fərqli olaraq, BVT-nin əməkdaşının məxfi sənədlərlə tanış olmaq imkanı vardı və onları Moskvadakı kuratorlarına ötürmüşdü. Əks-kəşfiyyatçı dövlət sirrini yaymaqda ittiham edilir. Buna görə o, 10 il müddətinədək azadlıqdan məhrum oluna bilər.

Xatırladaq ki, noyabrın 9-da Avstriyanın paytaxtı Vyanada ordu qərargahında işləmiş istefada olan polkovnik Rusiyanın xeyrinə casusluqda ittiham olunmuşdur. Ertəsi gün o, etirafedici ifadələr vermişdir. Casus 20 illik əməkdaşlıq dövründə Rusiya kəşfiyyatından 300 min avro almışdır.

Qalmaqalla əlaqədar Avstriyanın xarici işlər naziri Karin Knaysl Rusiyaya gələn aya planlaşdırılmış səfərini ləğv etmişdir. Avstriya Kansleri Sebastyan Kurts isə Moskvaya qarşı yeni məhdudiyyətlərin tətbiq olunacağını istisna etməmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video