12 Noyabr 2018 17:39
283
DÜNYA
A- A+

Ermənistanda xaos dərinləşir


Dərin iqtisadi böhran içində olan Ermənistanda xaos dərinləşir. Dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə gərginlik artır. Bir müddət əvvəl Milli Şura uğrunda mübarizə aparmayacağını bəyan edən Respublika partiyası seçkidə yeni tərkiblə iştirak etməyə qərar verib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, müdafiə naziri Vigen Sarkisyan qeyd edib ki, o bundan sonra yeni hökumətlə müxalif partiya kimi mübarizə aparacaq. Siyasi ekspertlər hesab edirlər ki, respublikaçıların bu qərarı parlamentdə üstünlüyü ələ almağa çalışan Nikol Paşinyanın planlarını poza bilər. Onsuz da onun vəziyyəti ağırdır. Yenicə buraxılan parlamentdə əsas səs çoxluğu keçmiş hakim partiyanın əlindədir. Yeni Milli Şurada da onlar üstünlüyü ələ ala bilərlər. Bu isə N.Paşinyana ciddi problemlər yaradacaq. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri isə müdafiənin təmin edilməsilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər. Bildirilir ki, 2008-ci il Dövlət Terrorunun araşdırılması işi üzrə məhkəmə zamanı hakimlərə ciddi təzyiq göstərilib və hətta onların qanuni qərar çıxardıqları təqdirdə barələrində qərəzli ittihamlar səsləndirilib. Üstəlik, sosial şəbəkələrdə Koçaryanın vəkilləri təhdid edilir, hakim dairələr isə onların mühafizəsi üçün heç bir tədbir görmür. Ermənistanın sabiq prezidenti Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur. O həbs edilsə də, sonradan apelyasiya məhkəməsinin qərarı ilə azad olunub. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Nikol Paşinyanı səriştəzilikdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərinin zəifləməsində günahkar məhz Paşinyandır.

E.Şarmazanov bildirib ki, hərbi birlikdə itirilənlərin əsas günahkarı indiki hakimiyyətdir. Paşinyan bütün günü korrupsiya ilə mübarizə haqqında bəyanat edir, eyni zamanda, ölkənin təhlükəsizliyini qurban verir.

Gürcü ekspert Mamuka Areşidze də Paşinyanın böyük siyasətdə təcrübəsinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir səlahiyyətlərini icra edən bu şəxs hər şeyi öz əlinə alıb. O, bir partiyalı parlament yaratmağa çalışır. Amma unudur ki, böyük siyasətdə heç bir təcrübəyə malik olmaması özünü tezliklə göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video