12 Noyabr 2018 17:38
1439
Səhiyyə
A- A+

Antibiotiklərin təbii əvəzediciləri


Payız və qış ayları zökəm xəstəliklərinin ən çox yayıldığı dövrdür. Xüsusilə immun sistemi zəif olanlar bəzi xəstəliklərə qarşı həssas olurlar. Soyuq aylar ərzində bir neçə dəfə virus infeksiyalarına yoluxanlar antiobiotiklərdən istifadə etmək məcburiyyətində qalırlar. Lakin bu preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: "Antibiotiklər əslində bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur. Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur”.

O bildirib ki, hazırda mindən çox antibiotik istehsal olunsa da, yalnız onun 200 növü daha çox istifadəyə yarayır. Bəzi həkimlər ən sadə xəstəlik zamanı da antibiotikdən istifadə edilməsini məsləhət görürlər. Lakin bu sahədə ən yaxşısı aparılan diaqnozdan sonra müalicənin təyin edilməsidir: "Düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Məsələn, öskürək zamanı bəlğəm əkilməlidir. Aşkar olunan bakteriyaya qarşı hansı antibiotikdə həssaslıq varsa, məhz onu qəbul etmək lazımdır. Qrip virusuna yoluxma zamanı aptekdən antibiotik almaq səmərəsizdir”.

Həkim antibiotikin təbii bitkilərdən əldə edilməsindən danışıb: "Xüsusilə uşaqlar xroniki xəstəliklərdən əziyyət çəkəndə və uzun müddət dərman qəbul etdikdə propolisdən istifadə olunması daha məqsədəuyğundur. Payız-qış aylarında profilaktika məqsədilə həmin arı məhsulunda faydalanmaq olar.

Propolislə yanaşı orqanizmin müqavimətini artırmaq üçün çiçək tozu, udi-hindi tozu və s. istifadə etmə mümkündür. Məsələn, adaçayını dəmləyib içilmək də yaxşı vasitədir. Cökə, qreypfrut şirəsi qəbul etmək də tövsiyə olunur. Virus əleyhinə ən yaxşı təsir göstərən bitkilərdən biri də dəmrovotu və exinasiyadır”.

Həkim-fitoterapevtin dediyinə görə, bu məqsədlə çox vaxt zəncəfil, darçın, kəklikotu bitkilərindən də istifadə edilir, əslində isə həmin bitkilərin qətiyyən antibiotik təsiri yoxdur. Daha çox tərqovucu və tonuslandırıcı təsir göstərsə də, patogen (xəstəlik yaradan) bakteriyalara təsir etmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video